Gəncədə qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb

Gəncədə qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb
  • Clock-gray 13:55
  • calendar-gray 19 Noyabr 2020

Qaçırdığı avtomobillə Gəncədə qəza törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə müraciət edən Gəncə şəhər sakini Ç.Nəbiyev noyabrın 18-də Dəliməmmədli şəhəri ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsinin Dəliməmmədli şəhər sakini Q.İmanov tərəfindən qaçırılması, habelə Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətməsi müəyyən edilib.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Q.İmanov saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Sail Ağasəlim

Digər xəbərlər