Gəncədə qadın dəm qazından zəhərlənib

Gəncədə qadın dəm qazından zəhərlənib
# 13 mart 2021 20:31 (UTC +04:00)

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 4 mikrorayonunda baş verib.

1989-cu il təcəllüdlü Aysu Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR