Gəncədə qadın dərmandan zəhərlənib

Gəncədə qadın dərmandan zəhərlənib
# 31 yanvar 2021 23:44 (UTC +04:00)

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

1985-ci il təvəllüdlü Ə.A. zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Onun hansı səbəbdən dərman içərək zəhərlənməsi məlum deyil.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR