Gəncədə qadın sirkə turşusundan zəhərlənib

Gəncədə qadın sirkə turşusundan zəhərlənib
# 02 dekabr 2020 00:10 (UTC +04:00)

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gülüstan qəsəbəsində yaşayış evlərinin birində qeydə alınıb.

1941-ci il təvəllüdlü Bəylərova Pəri Əliş qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, yaşlı qadının sirkə turşusu içməsinə səbəb cavan oğlunun rəhmətə getməsi olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR