Gəncədə qadınlara qarşı cibgirlik edən şəxs tutulub - FOTO

Gəncədə qadınlara qarşı cibgirlik edən şəxs tutulub - FOTO
  • Clock-gray 10:18
  • calendar-gray 15 Mart 2021

Gəncədə qadınlara qarşı cibgirlik edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sərnişinlərin sıx olduğu vaxtlarda şəhərdaxili avtobuslarda  cibgirlik edən, əvvəllər dəfələrlə məhkum olunmuş, şəhər sakini, Rövşən İsmayılov saxlanılıb. Araşdırma zamanı həmin şəxsin mart ayının 10-da avtobuslarda ümumilikdə 2 vətəndaşın çantasından mobil telefon oğurladığı müəyyən edilib. İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək oğurladığı mobil telefonları satdığını bildirib.

Faktlarla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. R. İsmayılovun digər şəhər və rayonların ərazisində də analoji cinayətlər etdiyi istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Fuad Nazimoğlu

Digər xəbərlər