Gəncədə qardaşı arvadını öldürüb, gəlininə və nəvələrinə xəsarət yetirən şəxsin məhkəməsi başlayır

Gəncədə qardaşı arvadını öldürüb, gəlininə və nəvələrinə xəsarət yetirən şəxsin məhkəməsi başlayır
# 02 fevral 2021 12:37 (UTC +04:00)

Gəncədə qətl törətməkdə təqsirləndirilən Mahir Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Şəhər sakini, 1950-ci il təvəllüdlü M. Quliyev ailə münaqişəsi zəminində qardaşı arvadını, gəlinini və nəvələrini bıçaqlayıb.

Nəticədə qardaşı arvadı, 1967-ci il təvəllüdlü Ofeliya Quliyeva ölüb, 1984-cü il təvəllüdlü Günay Quliyeva , 2006-cı il təvəllüdlü Malik Quliyev və 2002-ci il təvəllüdlü Sevinc Quliyeva xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR