Gəncədə qarət etdiyi evləri yandıran şəxs tutulub - FOTO

Gəncədə qarət etdiyi evləri yandıran şəxs tutulub - FOTO
# 03 fevral 2021 12:14 (UTC +04:00)

Oğurluq etdiyi evləri yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin Cavadxan qəsəbəsində ümumilikdə 6 evdən oğurluq etmiş və cinayət izlərini itirmək məqsədi ilə həmin fərdi yaşayış evlərini yandırmaqda şübhəli bilinən Goranboy rayon sakini Arzu Məmmədov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, A. Məmmədov sonuncu dəfə qəsəbə sakini Anar Əliyevə məxsus fərdi yaşayış evinə daxil olaraq oradan 1030 manat dəyərində müxtəlif ev əşyalarını oğurladıqdan sonra cinayət izlərini itirmək üçün evi yandırıb və nəticədə vətəndaşa külli miqdarda ziyan vurub. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin əlavə 5 oxşar cinayət hadisəsi törətdiyi məlum olub. Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib faktlarla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR