Gəncədə qəzada xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib

Gəncədə qəzada xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib
# 14 mart 2021 08:24 (UTC +04:00)

Gəncədə iki avtomobilin toqquşması nəticəsində ağır yaralan şəxs xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, ölən şəxs 1980-ci il təvəllüdlü Abdullayev Rövşən Daşdəmir oğludur.

Qeyd edək ki, hadisə ötən gün səhər saatlarında şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan “VAZ” markalı minik maşını digər minik maşını ilə toqquşub.

Qəza zamanı R.Abdullayev ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR