Gəncədə ər-arvad dəm qazından zəhərlənib

Gəncədə ər-arvad dəm qazından zəhərlənib
  • Clock-gray 10:50
  • calendar-gray 01 Mart 2021

Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin Məshəti qəsəbəsində 1980-ci il təvəllüdlü Babayev Elbrus və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Bağırova Sahibə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Fuad Nazimoğlu

Digər xəbərlər