Gəncədə restoranda yanğın olub - FOTO

Gəncədə restoranda yanğın olub - FOTO
# 10 aprel 2021 15:43 (UTC +04:00)

Gəncədə restoranda yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Natəvan qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yerləşən “Yaşıl park” ailəvi istirahət mərkəzində qəfil yanğın baş verib.

Dərhal əraziyə FHN-in yanğınsöndürən briqadası və texnikası cəlb olunub. Sahəsi 144 kv. metr olan restoranın 30 kv. metri yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR