Gəncədə top mərmisi aşkar olunub

Gəncədə top mərmisi aşkar olunub
  • Clock-gray 21:52
  • calendar-gray 02 Dekabr 2019

Gəncə şəhərində, Kəlbəcər rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbənin ərazisində mərminin tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən xəbərə əsasən, bu barədə agentliyə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib və oraya baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFT) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date