Gəncədə usta "KamAZ"ın yük yerinin altında qalıb

Gəncədə usta "KamAZ"ın yük yerinin altında qalıb
# 26 may 2020 18:40 (UTC +04:00)

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini 1990-cı il təvəllüdü Əsədov Hüseyn Vidadi oğlu “KamAZ”da qaynaq işləri apararkən avtomobilin yük yerinin altında qalıb. Nəticədə usta ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR