Gəncədə və Bakıda 18 nəfərə qarşı dələduzluq edən şəxslər tutulub

Gəncədə və Bakıda 18 nəfərə qarşı dələduzluq edən şəxslər tutulub
# 05 dekabr 2019 15:14 (UTC +04:00)

Gəncədə və Bakıda 18 nəfərə qarşı dələduzluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 18 vətəndaşa qarşı dələduzluq etməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri M.Şərifov, əvvəllər məhkum olunmuş M.Abdullayev, Şəki rayon sakini V.Abdullayev və Gəncə şəhər sakini, əvvəllər də dələduzluğa görə məhkum olunmuş Ş.Musayev saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR