Gəncədə yaşayış binasında yanğın baş verib - FOTO

Gəncədə yaşayış binasında yanğın baş verib - FOTO
# 21 fevral 2021 20:30 (UTC +04:00)

Gəncədə yanğın olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev Prospektində yerləşən 5 mərətəbəli binada qeydə alınıb.

Dərhal hadisə yerinə FHN-in yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, alovun digər evlərə keçməsinin qarşısı alınıb. Bina sakinləri təxliyə edilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR