Gəncədə yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB

Gəncədə yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB
# 18 fevral 2020 19:48 (UTC +04:00)

Gəncədə baş verən yol qəzasında ölən və yaralananlardan birinin kimliyi məlum olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində Hüseynov Ramin Famil oğlu ölüb.

Qəza zamanı xəsarət alanlardan birinin şəxsiyyəti müəyyənləşib. O, Həsənov Səbuhi Akif oğludur.

Yaralılar xəstəxanaya yerləşdirilib.

***

saat 18:28

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Gəncə İdman Kompleksinin qarşısında qeydə alınıb.

İlkin məlumata görə, "Mercedes" markalı minik avtomobilinin hasara çırpılması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR