Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub - FOTO

Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub - FOTO
# 08 yanvar 2021 20:38 (UTC +04:00)

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan “BMW” markalı minik maşını yol keçmək istəyən orta yaşlı kişini vurub.

Dərhal piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR