Gəncədə avtomobil piyadanı vurub öldürüb

Gəncədə avtomobil piyadanı vurub öldürüb
# 11 dekabr 2019 15:03 (UTC +04:00)

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik maşını yolu keçmək istəyən Gəncə şəhər, Sadıllı qəsəbə sakini, 22 yaşlı Əmrahova Şəbnəm Əli qızını vurub. Ş. Əmrahova xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR