Gəncədə yük maşını qəzaya uğrayıb, ölən var - FOTO - YENİLƏNİB-1

Gəncədə yük maşını qəzaya uğrayıb, ölən var - FOTO - YENİLƏNİB-1
# 17 mart 2021 17:08 (UTC +04:00)

Gəncədə baş verən yol qəzasında xəsarət alanlardan biri ölüb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, ötən gecə Gəncədə yük avtomobilinin qəzaya düşməsi nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1980-cı il təvəllüdlü Bayramov Elgün Bayram oğlu aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

***

Saat 00:50

Gəncədə baş vermiş yol qəzası nəticəsində xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, bunlar sürücü Zeynalov Razim Nazim oğlu və onun sənişini Bayramov Elgün Bayram oğludur.

***

Saat 23:55

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Nizami məqbərəsi yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan "Isuzu" markalı yük maşını idarəetmədən çıxıb. Nəticədə yük maşını yol kənarındakı səkiyə çırpılıb. Qəza zamanı sürücü və onun sərnişini ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR