Gəncədə zəncirvari qəza olub

Gəncədə zəncirvari qəza olub
# 06 fevral 2021 16:06 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai" markalı minik maşın "VAZ 2106" ,"VAZ 2107"-yə, daha sonra yol kənarında dayanan 2 mopedə çırpılıb. Qəza zamanı 2 nəfər yüngül xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR