Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var

Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var
# 10 fevral 2021 15:06 (UTC +04:00)

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “Kamaro” , “VAZ 2106” minik avtomobilləri və “Hyundai” markalı sərnişin avtobusu toqquşub.

Nəticədə “VAZ 2106” avtomobilində olan 2 nəfər yüngül xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yeirnə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR