Goranboy sakini tanışı tərəfindən döyülüb

Goranboy sakini tanışı tərəfindən döyülüb
# 20 mart 2021 23:05 (UTC +04:00)

Goranboyda döyülmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Dəliməmmədli şəhərində qeydə alınıb.

35 yaşlı Azər Şərifov müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona lazımi tibbi yardım göstərilib.

Məlumata görə, Azər Şərifov tanıdığı şəxslərdən borc pulu istəyən zaman küt alətlə döyülüb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR