Goranboy sakininin evindən narkotik götürülüb

Goranboy sakininin evindən narkotik götürülüb
  • Clock-gray 12:38
  • calendar-gray 12 Mart 2021

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səbail Rayon Polis idarəsi  8-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Goranboy rayon sakini E.Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun kirayədə yaşadığı evə baxış zamanı oradan 2 kiloqramdan artıq heroin götürülüb.

Sail Ağasəlim

Digər xəbərlər