Goranboyda 2 avtomobil toqquşub, xəsarət alan var

Goranboyda 2 avtomobil toqquşub, xəsarət alan var
# 22 yanvar 2020 19:11 (UTC +04:00)

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Nazikkənd kəndindən keçən hisssəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

Nəticədə "VAZ-2106"nın sürücüsü, 1961-ci il təvəllüdlü Həsənov Nazim Məhəmməd oğlu ağır xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR