Goranboyda 4 nəfərin yaralandığı partlayışla bağlı cinayət işi başlanıb

Goranboyda 4 nəfərin yaralandığı partlayışla bağlı cinayət işi başlanıb
# 03 dekabr 2019 10:22 (UTC +04:00)

Goranboyda iki gün əvvəl evdə baş verən partlayışla bağlı cinayət işi başlanıb.

APA-nın məlumatına görə, dekabrın 1-də rayonun E. Namazov küçəsi ev 42A ünvanında təbii qazın sızmasından partlayış olub.

Nəticədə, həmin mənzildə kirayədə yaşayan, rayon sakini Fərqanə Əhmədəva və onun 3 övladı - 2008-ci il təvəllüdlü Ümid Əhmədov, 2010-cu il təvəllüdlü Nihad Əhmədov, 2011-ci il təvəllüdlü Cahid Əhmədov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Həmin faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR