Goranboyda 5 yaşlı uşağı maşın vuraraq öldürüb

Goranboyda 5 yaşlı uşağı maşın vuraraq öldürüb
# 31 yanvar 2020 13:20 (UTC +04:00)

Goranboyda 5 yaşlı uşağı maşın vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 30-da saat 18 radələrində Goranboy şəhəri ərazisində şəhər sakini F.Quliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən 5 yaşlı Ayaz Salehovu vurub. Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR