Goranboyda avtomobil yanıb

Goranboyda avtomobil yanıb
  • Clock-gray 15:38
  • calendar-gray 20 Noyabr 2020

Goranboyda minik avtomobil yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə rayonun Qaraçinar kəndində qeydə alınıb. Belə ki, “UAZ” markalı minik avtomobilinin mühərrik hissəsi və kabinəsinin üzlüyü qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

apa-logo-mini

Digər xəbərlər