Goranboyda baş vermiş yol qəzasında xəsarət alanların adları məlum olub - YENİLƏNİB

Goranboyda baş vermiş yol qəzasında xəsarət alanların adları məlum olub - YENİLƏNİB
# 21 yanvar 2021 23:05 (UTC +04:00)

Goranboy rayonunda baş vermiş yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, onlar 2002-ci il təvəllüdlü Tovuz rayon sakini Əhmədov Elçin Çingiz oğlu, 1998-ci il təvəllüdlü Kürdəmir rayon sakini Qurbanov Həmid Natiq oğlu və Tərtər rayon sakini Əsgərzadə Yadigar Zülfüqar oğludur.

***

Saat 21:35

Goranboyda ağır yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına əsasən, hadisə Goran-Qızılhacılı avtomobil yolunda qeydə alınıb.

"BMW" və "VAZ 21011" markalı maşınlar toqquşub. Nəticədə müxtəlif bədən xəsarətləri alan 3 yaralı xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qəzada avtomobillərdən biri hərəkətsiz vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR