Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var

Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 03 fevral 2021 19:30 (UTC +04:00)

Goranboyda yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goranboy-Qlzılhacıll avtomobil yolunda qeydə alınıb. Belə ki, idarəetməni itirən “VAZ-2106” markalı maşın “VAZ-2107” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan 1986-cı il təvəllüdlü Xuruşov Tərlan Şakir oğlu, 1988-ci il təvəllüdlü Adıgözəlov Müşfiq Mehdi oğlu və 1996-cı il təvəllüdlü Aslanlı Nicat Elçin oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR