Goranboyda iki yaşlı qız beşinci mərtəbədən yıxılıb

Goranboyda iki yaşlı qız beşinci mərtəbədən yıxılıb
# 05 dekabr 2019 22:04 (UTC +04:00)

Goranboyda iki yaşlı qız beşinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goranboy şəhərindəki yeni yaşayış massivlərindən birində baş verib. Belə ki nəzarətsiz qalan iki yaşlı Məmmədova Zöhrə Vüsal qızı yaşadığı binanın beşinci mərtəbəsindən yerə yıxılıb. O, əvvəlcə binada quraşdırılmış çanaq antenalardan birinə, sonra isə yerə çırpılıb.

Yaralı ağır vəziyyətdə bölgədəki klinikalardan birinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR