Goranboyda karantin rejimini pozan şəxslər inzibati məsuliyyətə cəlb olunub

Goranboyda karantin rejimini pozan şəxslər inzibati məsuliyyətə cəlb olunub
  • Clock-gray 12:24
  • calendar-gray 06 Yanvar 2021

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Xocalı rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı Goranboy rayon Qaraçinar kənd sakini Ramiz Zamanovun özünə məxsus fərdi yaşayış evinə xüsusi karantin qaydalarını pozaraq həmkəndlilərini dəvət etməsi və onlarla qumar oynaması aşkar edilib.

Bununla əlaqədar olaraq, Müseyib Verdiyev, Toğrul Cəfərov, İnqilab Dadaşov, Ağa Qurbanov, Sulduz Verdiyev və ev sahibi Ramiz Zamanov barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 525-ci (Qumar oyununda iştirak etmə) maddələri ilə protokol tərtib edilərək baxılması üçün Goranboy rayon Məhkəməsinə göndərilib.

Ehtiram Muradov

Digər xəbərlər