Goranboyda minik maşını yanıb - FOTO

Goranboyda minik maşını yanıb - FOTO
# 23 fevral 2021 13:06 (UTC +04:00)

Goranboyda avtomobil yanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Toyota Prado” markalı avtomobil qəfildən alışaraq yanmağa başlayıb. Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR