Goranboyda qadın dəm qazından zəhərlənib

Goranboyda qadın dəm qazından zəhərlənib
# 11 dekabr 2020 02:54 (UTC +04:00)

Goranboya qonaq gələn Hacıqabul sakini dəm qazından zəhərlənib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında Aşağı Ağcakənd qəsəbəsində baş verib.

İlkin məlumata görə, qəsəbəyə qonaq gələn 1961-ci il təvəllüdlü Hacıqabul sakini Talıbova Mahidə Ağarza qızı doğmalarının evində dəm qazından zəhərlənib. Qadın Goranboy Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR