Goranboyda silah-sursat tapılıb

Goranboyda silah-sursat tapılıb
  • Clock-gray 15:50
  • calendar-gray 04 Aprel 2020

Goranboy rayonunda silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinə (RPŞ) Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsindən Rus Borisi kəndinə gedən yolda yerləşən körpünün altında silah-sursat olması barədə məlumat daxil olub.

Dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Araşdırmalar zamanı oradan 2 ədəd 16 kalibrli ov tüfəngi, 4 ədəd avtomat sandığı, 1 ədəd alışdırıcısı üzərində olmayan “F-1” əl qumbarası, 1 ədəd pulemyot qatarı və 402 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Fuad Nazimoğlu

Digər xəbərlər