Goranboyda yas mərasimi keçirmək istəyən şəxslər cərimələnib

Goranboyda yas mərasimi keçirmək istəyən şəxslər cərimələnib
  • Clock-gray 18:35
  • calendar-gray 03 Aprel 2021

Aprelin 3-də Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayonunun Qaradağlı kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıb. Mərasimi təşkil edilən şəxslər RPŞ-yə gətirilib.

RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclisin təşkilatçısı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Fuad Nazimoğlu

Digər xəbərlər