Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlanıb

Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlanıb
  • Clock-gray 09:45
  • calendar-gray 15 Dekabr 2020

Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA-ya verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi ilə əlaqədar Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar. Polis əməkdaşları rayon ərazisində vətəndaşlar ilə mütəmadi olaraq marifləndirici söhbətlər aparır, koronavirus infeksiyasının fəsadlarını diqqətə çatdırır və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyini bildirir. Edilən xəbərdarlıqlara baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər barəsində protokol tərtib edilərək, cərimələniblər.

Bundan başqa, keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakinləri Sevinc Ələsgərova və Rəşad İsgəndərov ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanları tərk etmələri müəyyən edilib. Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndərib.

Faktlarla bağlı Goranboy RPŞ-nin İstintaq Bölməsində Cinayət  Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

Səlcuq Elçin

Digər xəbərlər