Goranboyda yol qəzası nəticəsində xəsarət alan sürücünün şəxsiyyəti məlum olub - FOTO - YENİLƏNİB

Goranboyda yol qəzası nəticəsində xəsarət alan sürücünün şəxsiyyəti məlum olub - FOTO - YENİLƏNİB
# 17 yanvar 2020 23:25 (UTC +04:00)

Goranboyda minik maşınının yük maşını ilə toqquşması nəticəsində xəsarət alan şəxsin kimliyi məlum olub.

APA-nın qərb bürosunun məlumatına görə, bu, Goranboy rayonunun Nizami kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədov Vasif Xasay oğludur.

***

Saat 22:30

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib, minik maşını ilə yük maşını toqquşub.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ 2106” markalı minik maşınının “KamAZ” markalı yük maşınına arxadan çırpılması nəticəsində sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR