Goranboyda yol qəzası olub

Goranboyda yol qəzası olub
# 21 sentyabr 2020 20:48 (UTC +04:00)

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goranboy-Naftalan yolunda qeydə alınıb.

"Opel" markalı minik maşınlarının toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Hər iki yaralı rayon xəstəxanasına aparılsa da, vəziyyəti daha ağır olan 20 yaşlı Hüseynov Bayram Etibar oğlu Gəncədəki klinikalarının birinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR