Goranboyda yol qəzası zamanı iki nəfər xəsarət alıb

Goranboyda yol qəzası zamanı iki nəfər xəsarət alıb
# 12 mart 2021 21:07 (UTC +04:00)

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.

Avtoqəza nəticəsində müxtəlif xəsarətlər alan 1942-ci il təvəllüdlü rayon sakini Paşayeva Nuriyyə Musa qızı və 1977-ci il təvəllüdlü Gözəlov Akif Elşad oğlu xəstəxanaya yerləşdirilib. Daha sonra yaralı qadın digər bölgə xəstəxanasına köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR