Göyçay və Yardımlı sakinlərindən odlu silah götürülüb

Göyçay və Yardımlı sakinlərindən odlu silah götürülüb
# 15 mart 2021 13:32 (UTC +04:00)

Göyçay və Yardımlı sakinlərindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Nəcəfovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Bundan başqa Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dəlləkli kənd sakini C.Səlimovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR