Göyçayda 87 yaşlı qadın evdə yanaraq ölüb - FOTO

Göyçayda 87 yaşlı qadın evdə yanaraq ölüb - FOTO
# 25 fevral 2021 16:01 (UTC +04:00)

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15:00 radələrində rayonun Kürdşaban kəndində qeydə alınıb. Kənd sakini, 1975-ci il təvəllüdlü Muradova Elnarə Cəfər qızına məxsus ümumi sahəsi 110 kvadratmetr olan iki otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Nəticədə ev içərisindəki əşyaları ilə birlikdə yanıb.

Yanğınsöndürənlər alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb və yanğın söndürülüb.

Yanğın kəşfiyyatı zamanı orada yaşayan, 1934-cü il təvəllüdlü Mahmudova Badam Ağası qızının yanmış meyiti tapılıb.

Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR