Göyçayda avtomobil piyadanı vuraraq öldürüb

Göyçayda avtomobil piyadanı vuraraq öldürüb
  • Clock-gray 18:02
  • calendar-gray 25 Noyabr 2020

Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Göyçay-Hacalıkənd-Bığır yolunun Qarabaqqal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bığır kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Eldar Mətləb oğlu idarə etdiyi "Niva" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada, Qarabaqqal kənd sakini, 1949-cu il təvəllüdıü Nəbiyeva Sənəm Hümbət qızını vurub.

Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov

Digər xəbərlər