Göyçayda avtomobil qəzası zamanı xəsarət alan şəxslərdən biri ölüb - FOTO - YENİLƏNİB

Göyçayda avtomobil qəzası zamanı xəsarət alan şəxslərdən biri ölüb - FOTO - YENİLƏNİB
# 27 noyabr 2019 23:30 (UTC +04:00)

Göyçayda ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam 23-BL-046 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində sürücü, rayonun Ləkçiplaq kənd sakini Rüstəmov Ruslan Ramiz oğlu və sərnişini Şamilov Elxan Füzuli oğlu ağır xəsarətlər alaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, sürücü dünyasını dəyişib.

****

22:10

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 21:50 radələrində Göyçay-Ucar avtomobil yolunun 2-ci kilometrliyində, Cəyirli kəndi ərazisində qeydə alınıb.

23-BL-046 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində iki nəfər ağır xəsarət alıb.

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralıların adları hələ ki, məlum deyil. Onların Göyçayın Ləkçiplaq kənd sakinləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR