Göyçayda bıçaqlanan şəxs xəstəxanada ölüb

Göyçayda bıçaqlanan şəxs xəstəxanada ölüb
# 18 fevral 2021 13:26 (UTC +04:00)

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay rayonu Yalman kənd sakini, 1989-cu il təvəllüdlü Salehov Polad Rəhman oğlu bu gün saat 11:30 radələrində şəhərin Heydər Əliyev prospektində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə aparılıb. Bud nahiyəsindən bıçaq xəsarəti alan Polad Salehov qanaxma səbəbindən xəstəxanada dünyasını dəyişib. Hadisəni törədən şəxs qaçdığı üçün hazırda polis əməkdaşları onun tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR