Göyçayda bir küçədə 3 yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var - FOTO

Göyçayda bir küçədə 3 yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var - FOTO
  • Clock-gray 17:42
  • calendar-gray 02 İyul 2020

Göyçay rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 15:00 radələrində Göyçay şəhərinin Nizami küçəsində "Mercedes" və "Lada" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən "Mercedes" yoldan çıxaraq hasara çırpılıb. Hadisə zamanı sərnişin, Qarayazı kənd sakini, 1961-ci il təvəllüdlü Mustafayeva Kainat Əzim qızı xəsarətlə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Eyni vaxtda həmin küçədə "Mercedes" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Bir neçə dəqiqə sonra həmin yerdə "VAZ-2109" markalı minik avtomobili yolu keçən piyada, Göyçay şəhər sakini, 1987-ci il təvəllüdlü Əlimərdanova Günay Rəcəb qızını vurub. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər üç faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov

Digər xəbərlər