Göyçayda ev yanıb - FOTO

Göyçayda ev yanıb   - FOTO
# 29 iyun 2020 17:56 (UTC +04:00)

Göyçay rayonunda fərdi yaşayış evi yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:00 radələrində rayonun Çayarxı kəndində qeydə alınıb. Kənd sakini İsmayılov Ənvər Nuğay oğluna məxsus ümumi sahəsi 336 kv/m olan evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Evin 146 kv/m hissəsi yanıb, alovun genişlənməsinin qarşısı alınıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR