Göyçayda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Göyçayda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
# 15 sentyabr 2020 12:00 (UTC +04:00)

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Məlikkənd-Çaxırlı yolunda qeydə alınıb.

İki "VAZ 2106" markalı minik avtomobilinin toqquşması nəticəsində Çaxırlı kənd sakinləri, 1979-cu il təvəllüdlü Əliyev Rahim Sırac oğlu, 1994-cü il təvəllüdlü Sadıqov Tərlan Şahlar oğlu, Qədirov Nadir Azər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR