Göyçayda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Göyçayda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
# 12 fevral 2021 16:30 (UTC +04:00)

Göyçayda avtomobil qəzası zamanı xəsarət alan şəxslərdən 4-ün adı məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə zamanı "Volkswagen"in sürücüsü, Göyçay rayon Müskürlü kənd sakini, orta məktəb müəlliməsi Aynur İbrahimova, bacısı Nazənin İbrahimova, Gəncə şəhər sakini Nəzakət Abdullayeva, "VAZ-2107"nin sürücüsü Ramiz Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

***

saat 12:49

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:30 radələrində Göyçay-Ucar yolunun Çərəkə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Volkswagen" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan birinin vəziyyəti daha ağırdır.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR