Göyçayda iki avtomobil yanıb

Göyçayda iki avtomobil yanıb
# 07 oktyabr 2020 22:38 (UTC +04:00)

Göyçay rayonunun Şəhadət kəndində yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 55 kv/m olan köməkçi tikilinin içərisində iki ədəd “ВАЗ” minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR