Göyçayda ikimərtəbəli ev yanıb

Göyçayda ikimərtəbəli ev yanıb
# 22 yanvar 2021 10:31 (UTC +04:00)

Göyçay rayonunda fərdi yaşayış evi yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 9:00 radələrində rayonun Qızılağac kənd sakini, 2001-ci il təvəllüdlü İsayev Hacı İbrahim oğluna məxsus mənzildə baş verib.

Ümumi sahəsi 240 kvadratmetr olan ikimərtəbəli fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin 120 kvadratmetr sahəsi və içəridəki əşyalar yanaraq külə dönüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR