Göyçayda itkin düşən şəxs Bakıda tapılıb - FOTO

Göyçayda itkin düşən şəxs Bakıda tapılıb - FOTO
# 02 aprel 2020 15:52 (UTC +04:00)

İtkin düşən Göyçay sakini tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay sakini, 1974-cü il təvəllüdlü Tərlan İsgəndərov fevralın 3-də yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

Ailə üzvləri bu barədə Göyçay rayon Polis Şöbəsinə müraciət ediblər. T.İsgəndərov itkin kimi qeydiyyata alınaraq barəsində axtarış elan olunub.

Polis əməkdaşları Bakıda tapıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR